Xalq artisti müalicə üçün yenidən Türkiyəyə aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti müalicə üçün yenidən Türkiyəyə aparıldı

Mədəniyyət

28 Oktyabr 2019 12:24 1205


Səhhətində problemlər yaranan Xalq artisti, müğənni Yalçın Rzazadə müalicə üçün yenidən Türkiyəyə aparılıb.

"Yeni Sabah" bildirir ki, bunu "Report"a açıqlamasında müğənni özü deyib. 

O, hazırda İstanbul şəhərindəki xəstəxanaların birində müalicəsinin davam etdirildiyini bildirib: "Hazırda sistem altındayam, rahat danışa bilmirəm. Hələlik bir yenilik yoxdur, müalicələrim davam edir. İnşallah, tam sağalandan sonra Azərbaycana qayıdacam". pizza

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Bu ilin iyulun 15-də Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub. Oktyabrın 15-də isə Y.Rzazadə müalicə olunduğu həmin xəstəxanadan evə buraxılmışdı və o, Bakıya qayıtmışdı.  

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!