Xalq artisti qardaşının düşdüyü qəzadan danışdı 

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti qardaşının düşdüyü qəzadan danışdı 

Maraqlı

26 Oktyabr 2023 14:06 589


Xəbər verdiyimiz kimi, Xalq artisti Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimov avtomobil qəzası keçirdib. 

Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən xanəndə hadisənin necə baş verməsindən danışıb. O bildirib ki, hazırda qardaşı və ailəsinin səhhəti yaxşıdır: 

"Qardaşımın şəhid oğlu İsrafilin bu gün anım günüdür. Ona görə də ailə dünən Ağdama gedib ki, əvvəlcədən hazırlıqlar etsinlər. Avtomobil yolda qarşıdan gələn maşınla toqquşub. Şəhidimizin nənəsi dünyasını dəyişib. Qardaşım və ailəsi Kürdəmirdə ilkin müayinələrdən sonra Bakıya gətirilib. İndi yaxşıdırlar".  Dördpendirli pizza

Qeyd edək ki, Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır. Qəzada Z.İbrahimovun qayınanası vəfat edib. Şəhidin atası, anası və qardaşı isə xəsarət alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!