Müğənni Afət Fərmanqızının dahi şair İmadəddin Nəsiminin qəzəlinə “Pəncu Şeş” adlı mahnı ifa etməsi Xalq artisti Flora Kərimovanı da qəzəbləndirib.
”Yeni Sabah” xəbər verir ki, bununla bağlı Flora Kərimova instaqram səhifəsində fikirlərini qeyd edib:
“Bir klassiki təhqir etmək, onun dahiliyini aşağılamaq hələ heç kimə nüfuz gətirməyib. Qızım, əgər hələ azərbaycanlılığınızdan çıxmamısınızsa, ağlınızı başınıza yığın. Reytinq, qazanc, toy xətrinə sənəti, milli-mənəvi dəyəri bu qədər heç edib millətin zövqünə, fikir, fəlsəfə tarixinə və onun əsrlərdir qoruduğu poeziyasına, ədəbiyyatına, musiqisinə xələl gətirmək, təpik atıb ayaq oynatmaq, hörmətsizlik etmək olmaz. Buna heç kimin ixtiyarı yoxdur!”. pizza hut
Xalq artisti dinləyicilərə tövsiyyə də verib:
“Övladlarım, pis mahnıya 2-ci dəfə qulaq asmayın. Çünki birdən o pis zövqə alışarsınız”.
Telegram kanalımız