Xalq artistinin kürəkəninə qarşı ittiham: DİN-də araşdırma gedir

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin kürəkəninə qarşı ittiham: DİN-də araşdırma gedir

Kriminal

23 Fevral 2026 16:03 453


Daxili İşlər Nazirliyi Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə barədə araşdırmaya başalanılıb.

"Yeni Sabah" xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov APA-nın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O bildirib ki, müraciət üzrə Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır:  Pepperoni pizza

“Araşdırmalarla tərəflər arasında yaranan mübahisə ilə bağlı müvafiq prosessual tədbirlərin icrası təmin olunacaq”.

R. Qasımzadə dələduzluqda ittiham olunur. Bunu iddia edən Bakı şəhər sakini Elşən Mahmudbəylidir.

O bildirib ki, Xalq artistinin kürəkəni digər iki nəfərlə birləşərək onun və dostunun 105 min dollarını (178 min 500 manat) ələ keçirib və geri qaytarmır.

“Qasımzadə Rüfət Mirzəcan oğlu, onun dostları və şərikləri olan Qasımli Boran Fazil oğlu, eləcə də Məmmədzadə Məmməd İmran oğlu bir neçə şəxsi aldadaraq külli miqdarda pul vəsaitini mənimsəyiblər”.

Şikayətçi deyib ki, Rüfət Qasımzadə qaynatasının adından istifadə edərək başqalarının etibarını qazanır, daha sonra isə insanları aldadır: “Mərkəzi Univermaqda onun dayısının yeri var. Oranı mənə göstərib dedi ki, qızıl məmulatları gətirib sataq, pul qazanaq. Bu məqsədlə məndən 55 min ABŞ dolları, dostumdan isə 50 min ABŞ dolları məbləğində vəsait aldı. Lakin pullarımızı geri qaytarmır”.

Şikayətçi əlavə olaraq iddia edir ki, sözügedən şəxslər son üç il ərzində müxtəlif şirkətlərə və ayrı-ayrı vətəndaşlara oxşar vədlər verərək onları aldadıblar.

Məsələ ilə bağlı zərərçəkən tərəfin müxtəlif qurumlara müraciət etdiyi bildirib. Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!