Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, usdad tarzən Ramiz Quliyevlə vida mərasimi keçirilir.
"Yeni Sabah" xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, xanəndələr, bəstəkarlar iştirak edir.
Vida mərasimindən sonra R.Quliyev 2-ci Fəxri Xiyabanda dəfn olunacaq. pizza hut
Qeyd edək ki, Xalq artisti oktaybrın 15-də vəfat edib.
*** 13:05
Mərhum Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatdı.
Yenisabah.az xəbər verir ki, tədbirin rəsmi hissəsindən sonra, Ramiz Quliyevin ailə üzvləri cənazənin başına yığışaraq onunla vidalaşıblar.
Qeyd edək ki, hazırda Xalq artisti dəfn edilmək üçün 2-ci Fəxri Xiyabana aparılır.
Aydan Hacı
Telegram kanalımız