Xalq artisti: Sənəti o cür adama sevdirdim

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti: Sənəti o cür adama sevdirdim

Mədəniyyət

28 May 2025 12:31 1026


Xalq artisti Roza Cəlilova mərhum ərindən danışıb.

Yenisabah.az xəbər verir ki, o, sənətini ömür-gün yoldaşına sevdirə bildiyini deyib:

“Heyf,rəhmətə getdi. O qədər qaşqabaqlı idi ki, gəlirdi, deyirdi, kimi evə aparmaq lazımdır, maşınımızla gedək. Deyirdilər ki, Roza xanım, o yazığı bizə işçi etmisiz. Görürdü ki, mən işimi sevirəm, o da həyat yoldaşımdır, kömək lazım olanda edirdi. Ona həmişə rəhmət oxuyuram. pizza mizza

Neçə maşını var idi. Gör, işimi necə sevirdimsə, o cür qaraqabağa da sevdirmişdim, Deyirdi, kömək etməyə gələcəyəm. Bir də görürsən, gəlirdi ki, kim gəlməyib? Deyirdim, yerində otur. Diş həkimiydi, ona incəsənəti elə öyrətdim ki, dedi ki, doğrudan da sənət sənətdir. Sənəti qorumaq və xalqa çatdırmaq lazımdır. Mən bunu etdim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!