Xalq artisti xəstəxanaya yerləşdirildi 

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti xəstəxanaya yerləşdirildi 

Mədəniyyət

07 Avqust 2020 11:11 6408


Xəbər verdiyimiz kimi, bir müddətdir Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb. 

Yenisabah.az-a danışan sənətkar vəziyyətinin pisləşdiyi üçün xəstəxanaya yerləşdirildiyini deyib: 

“Mərkəzi Klinikaya gətirildim. Bir müddətdir evdə müalicə alırdım? artıq müalicəmi evdə davam etdirmək mümkün olmadı. Xəstəxanaya gələndə bronxlarımda xəstəlik, işimiya ilə birgə həm də qaraciyərimdə problem olduğu ortaya çıxdı”.  pizza

Xəstəliyindən sonra ona qarşı olan laqeyd münasibətdən gileylənən rejissor prezidentə müraciət edib:

“Mən “Azərbaycan-film” kinostudiyasının dünyaca məşhur, kino tariximizə çevrilən “7 oğul istərəm” filmindəki sağ qalan üç nəfərdən biri Şeyx Əbdül Mahmudbəyov ağır xəstəliklə Mərkəzi klinikaya yerləşdirilmişəm. Mənim həm möhtərəm prezidentimizin, həm Mehriban xanımın, həm də Leyla xanımın dəstəklərinə çox böyük ehtiyacım var. Mən bir neçə dəfə açıq müraciətlə həm H.Əliyev Fondunun prezidenti Mehriban xanıma, həm də hörmətli Leyla xanıma müraciət etmişəm. Amma çox təəssüf olsun ki, mənə bəlli olmayan səbəblərdən nə “hə”, nə də “yox” cavabı almadım. Ona görə də məcbur qalıb xalqımıza müraciət edirəm”. 76 illik ömrümü sərasər şərəfli tariximizin, milli kino mədəniyyətimizin, milli ideologiyamızın, zəngin maddi mədəniyyət nümunələrimizin, qədim və şərəfli dövlətçilik ənənələrimizin beynəlxalq səviyyədə öz adımızla təbliğ olunub, tanınmasında tam təmənnasız xidmət edən ağsaqqal bir xalq sənətkarına bu cür laqeyd və sayğısız münasibət bəsləmək başa düşülən deyil. Çünki mən bu ağır və dar macalda həm dövlətimizdən, həm də xalqımızdan kömək gözləyirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!