Xalq artisti xəstəxanaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti xəstəxanaya yerləşdirildi

Mədəniyyət

31 Oktyabr 2025 17:46 1163


Xalq artisti Elmira Rəhimova səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, məlumatı sənətkarın oğlu açıqlayıb.

Onun sözlərinə görə hazırda Elmira Rəhimova Bakı Sağlamlıq Mərkəzində həkim nəzarətindədir: pizza

"Anamın təzyiqi və şəkəri qalxmışdı, özünü bir qədər narahat hiss edirdi. Buna görə də xəstəxanaya aparmaq qərarına gəldik".

84 yaşlı Elmira Rəhimovaya terapiya şöbəsində nevroloq və endokrinoloq tərəfindən müayinə aparılıb, lazımi müalicə üsulları təyin edilib.

Sənətkarın vəziyyəti hazırda stabildir və yaxın günlərdə evə buraxılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!