Xalq artisti: Yazmışdı ki, aktyorun üzündən “moşenniklik” yağır

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti: Yazmışdı ki, aktyorun üzündən “moşenniklik” yağır

Mədəniyyət

06 Avqust 2025 15:40 539


"Tağıyev" filminə hazırlıq ərəfəsində ümumilikdə onunla bağlı beş kitab oxumuşam.

Yenisabah.az report-a istinadla əbər verir ki, bunu "Tağıyev" filmində baş rol ifaçısı Xalq artisti Pərviz Məmmədrzayev deyib.

Xalq artisti bundan əlavə onlarla məqalə və internetdən tapdığı digər vəsaitləri də çox diqqətlə oxuduğunu qeyd edib: Dominos pizza

"Kitabları qısa müddətə bitirdim, haradasa 15-20 günə. Ondan sonra özüm üçün Tağıyev obrazını yaratdım, yerişindən, gülüşündən, danışığından tutmuş, ən adi davranışlarına qədər. Rejissor Zaur Qasımlı özü Tağıyev barədə bir xeyli material toplamışdı, mənə çox ciddi istiqamət verirdi".

Pərviz Məmmədrzayev film barəsində gələn bütün rəylərə fikir verdiyini də vurğulayıb:

"Bir nəfər yazmışdı ki, Tağıyev çox nurlu adam olub, bu aktyorun üzündən “moşenniklik” yağır. Bu rəylər, düzü, məni sevindirir. Çünki fikirlər birmənalı deyilsə, demək, film uğurludur. Hər kəsin xoşuna gəlmək mümkünsüzdür".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!