Xalq artistindən adının namizədlər arasında olmamasına REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistindən adının namizədlər arasında olmamasına REAKSİYA

Mədəniyyət

27 Dekabr 2019 19:57 1490


Xalq artisti, xanəndə Mənsum İbrahimov deputatlığa namizəd olacağı haqqında iddialara cavab verdi.

"Yeni Sabah" xəbər verir ki, Mənsum İbrahimov parlamentə Yeni Azərbaycan Partiyasından namizəd olacağı haqqında iddiaları təkzib edib.

O qeyd edib ki, heç vaxt hakim partiyanın üzvü olmayıb: pizza mizza

"Mən hazırda Türkiyədə səfərdəyəm. Parlamentə namizəd olmaq fikrim yoxdur. Üstəlik mən YAP-ın üzvü deyiləm. Bu şayiələr haradan ortaya atılıb bilmirəm.

Mənim hazırkı statusum millət vəkilindən hec də aşağı deyil. Yerimdən məmnunam".

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının namizəd siyahısının ictimaiyyətə açıqlanmasından öncə Mənsum İbrahimovun da adının siyahıda olduğu haqqında məlumatlar yayılıb. Onun 118 saylı Ağdam şəhər seçki dairəsindən namizədliyinin irəli sürüldüyü deyilirdi. Lakin YAP-ın namizəd siyahısı açıqlandıqda xalq artistinin adının siyahıda olmadığı göründü.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!