Xalq artistinin dəfn yeri dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin dəfn yeri dəyişdirildi

Mədəniyyət

19 Noyabr 2025 13:37 8739


Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu barədə nəvəsi Lalə Aslanur məlumat yayıb.

O qeyd edib ki, nənəsi əvvəl deyildiyi kimi, II Fəxri xiyabanda deyil, vəsiyyətinə əsasən, Qurd qapısı qəbiristanlığında - qardaşının yanında dəfn olunacaq. Pepperoni pizza

Xatırladaq ki, Roza Cəlilova ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

Xoreoqraf-baletmeyster bu gün səhər saatlarında 96 yaşlı yaşında dünyasını dəyişib.

Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirərək iki il M.F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərib, 1965–1975-ci illərdə rəqs qrupuna rəhbərlik edib.

Roza Cəlilova uzun illər xoreoqraf kimi çalışıb və 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə geniş tanınıb. Onun repertuarında Azərbaycan milli rəqsləri ilə yanaşı ərəb, fars, hind və digər xalqların rəqsləri də yer alıb. Səhnə fəaliyyəti dövründə Kanada, Çexoslovakiya, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!