Mərhum Xalq artisti Habil Əliyevin həkim qızı Vəfa Əliyeva koronavirusa qalib gəlib.
Yenisabah.az bildirir ki, bu barədə Unikal.org-a açıqlamasında 22 saylı Uşaq Poliklinikasının baş həkimi V.Əliyeva məlumat verib.
O qeyd edib ki, müalicə müddətini başa vuraraq işinə davam edir: Marqarita pizza
“Martın 29-u koronavirusa yoluxduğum məlum oldu. İki işçimizdə virus olduğu üçün bizi də yoluxdurdu. Sonra 35 nəfər də koronavirusa yoluxdu. Buna görə, polikinikanın fəaliyyəti müvəqqəti dayandırıldı. Mən iki həftə müalicə olundum. İndi sağlıq durumum yaxşıdır, iş başındayıq. Poliklinikamız da fəaliyyətini artıq bərpa edib”.
Telegram kanalımız