Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə dələduzluqda ittiham olunur.
“Yeni Sabah”ın xəbərinə görə, Bakı şəhər sakini Elşən Mahmudbəyli bildirib ki, Xalq artistinin kürəkəni digər iki nəfərlə birləşərək onun və dostunun 105 min dollarını (178 min 500 manat) ələ keçirib və geri qaytarmır.
“Qasımzadə Rüfət Mirzəcan oğlu, onun dostları və şərikləri olan Qasımli Boran Fazil oğlu, eləcə də Məmmədzadə Məmməd İmran oğlu bir neçə şəxsi aldadaraq külli miqdarda pul vəsaitini mənimsəyiblər”. Dördpendirli pizza
Şikayətçi deyib ki, Rüfət Qasımzadə qaynatasının adından istifadə edərək başqalarının etibarını qazanır, daha sonra isə insanları aldadır: “Mərkəzi Univermaqda onun dayısının yeri var. Oranı mənə göstərib dedi ki, qızıl məmulatları gətirib sataq, pul qazanaq. Bu məqsədlə məndən 55 min ABŞ dolları, dostumdan isə 50 min ABŞ dolları məbləğində vəsait aldı. Lakin pullarımızı geri qaytarmır”.
Şikayətçi əlavə olaraq iddia edir ki, sözügedən şəxslər son üç il ərzində müxtəlif şirkətlərə və ayrı-ayrı vətəndaşlara oxşar vədlər verərək onları aldadıblar.
Məsələ ilə bağlı zərərçəkən tərəfin müxtəlif qurumlara müraciət etdiyi bildirib. Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Aytac Əliyeva
Telegram kanalımız