Xalq artistinin məzarı baxımsız vəziyyətdədir   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin məzarı baxımsız vəziyyətdədir - Fotolar

Mədəniyyət

21 Dekabr 2020 11:07 1525


Xalq artisti Gülşən Qurbanova artıq 14 ildir vəfat etsə də, ona hələ də məzarüstü abidə qoyulmayıb.

Yenisabah.az xəbər verir ki, Gülşən Qurbanovanın Yasamal qəbiristanlığındakı məzarı baxımsız vəziyyətdədir.

Ötən gün sosial şəbəkələrdə qəbiristanlıqdan çəkilmiş fotolar paylaşılıb.  pizza hut

Xatırladaq ki, Gülşən Qurbanova 1950-ci ilin dekabr ayının 19-da Bakıda sənətkar ailəsində anadan olub. Tanınmış aktyor Ağadadaş Qurbanovun qızı, aktyor Hamlet Qurbanovun ata bir, ana ayrı bacısı, aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı, əməkdar incəsənət xadimi Firəngiz Qurbanovanın bacısıdır.

G.Qurbanova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2006-cı il 19 dekabr tarixində vəfat edib. O, daha əvvəl 3 dəfə infarkt keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!