Xalq artistinin səhhətində problem yarandı

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin səhhətində problem yarandı

Mədəniyyət

25 Oktyabr 2025 00:50 542


Xalq artisti Şahnaz Haşımova sabah əməliyyat olunacaq.

Bu barədə APA-nın yerli bürosuna xalq artistinin nəvəsi Eldar Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Şahnaz Haşımova bu gün Gəncə Beynəlxalq Xəstəxanasında müayinə olunub və hazırda evdədir: Dördpendirli pizza

“Nənəmin səhhəti normaldır. Bu gün Gəncə Beynəlxalq Xəstəxanada həkimlər onu müayinə etdilər. Şükür Allaha, ciddi bir xəstəliyi yoxdur, özünü yaxşı hiss edir. Sadəcə, həkimlər səhhətində müəyyən problemlər aşkarlayıblar və vaxtında müraciət etdiyimiz üçün vəziyyətin ağırlaşmasının qarşısı alınıb.”

Eldar Abdullayevin sözlərinə görə, xalq artisti sabah Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat ediləcək.

Əməliyyat cərrah İlkin İsmayılov və Anar Cəfər tərəfindən aparılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!