Xalq artistinin son durumu açıqlandı -   Sabah evə buraxılacaq

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin son durumu açıqlandı - Sabah evə buraxılacaq

Mədəniyyət

01 Oktyabr 2025 12:08 878


Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən məşhur tarzən, Xalq artisti Ramiz Quliyev sabah evə buraxılacaq.

Bunu “Yeni Sabah”a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, reanimasiya, anesteziya şöbəsinin müdiri Tural Sadıqov bildirib.

Onun sözlərinə görə, R.Quliyevin ümumi vəziyyəti ağır, lakin stabil olaraq qalır: “Hemodinamik göstəriciləri stabildir, diurez adekvatdır. İnfeksion göstəricilərində müsbət dinamika müşahidə olunur, yaxşılaşma qeydə alınıb. Xəstə yuxuya meyillidir. Əgər müsbət dinamika davam edərsə, sabah evə buraxılması planlaşdırılır”. Sezar pizza

Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fonduna Xalq artistinin səhhətini nəzarətə götürüb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!