“Xalq Bank”ın mənfəəti azalıb

saytların hazırlanması

Evə çatdırılma

“Xalq Bank”ın mənfəəti azalıb

İqtisadiyyat

25 Aprel 2019 19:08 948


“Xalq Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 2 214,354 milyon manat təşkil edib.

Bankın maliyyə hesabatına əsasən bu, ötən il aprelin 1-i ilə müqayisədə 0,5% azdır. “Xalq Bank”ın aktivlərinin 1 427,447 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə bankın kredit portfeli 11,4% böyüyüb.

Hesabat dövründə “Xalq Bank”ın cəmi öhdəlikləri 1,4% azalaraq 1 931,529 milyon manata, o cümlədən depozit portfeli 3,3% azalaraq 1 440,815 milyon manata düşüb. Pepperoni pizza

Maliyyə qurumu Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyini isə 23,5% azaldaraq 24,092 milyon manata endirib.

İl ərzində “Xalq Bank”ın cəmi kapitalı isə 6% artaraq 282,825 milyon manata çatıb.

Bu ilin I rübündə “Xalq Bank”ın faiz gəlirləri 27,348 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1% çox), faiz xərcləri 5,77 milyon manat (0,1% çox), qeyri-faiz gəlirləri 2,774 milyon manat (8,9% az), qeyri-faiz xərcləri 11,439 milyon manat (33,7% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 4,061 milyon manat (51,1% az), gözlənilməz gəlirləri 99 min manat (təxminən 9 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,751 milyon manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib. Son nəticədə Bank rübü 7,199 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, kredit təşkilatı ötən ilin eyni dövründən 7,523 milyon manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, “Xalq Bank” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,079 milyon manatdır. Bankın səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 33,85%-i “Euro Standard” MMC-yə (“Xalq Sığorta” ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə “AMAL Invest Group” MMC-yə məxsusdur.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!