Xalq Bankın otuzuncu filialı fəaliyyətə başladı

saytların hazırlanması

Evə çatdırılma

Xalq Bankın otuzuncu filialı fəaliyyətə başladı

Sosial

18 Aprel 2019 16:02 749


15 apreldən etibarən ASC “Xalq” Bankının Mərdəkan qəsəbəsində yeni filialı fəaliyyətə başlayıb.

“Mərdəkan” filialı Bankın sayca otuzuncu, Bakı şəhərində fəaliyyət göstərən onuncu filialıdır. Yeni filial əhaliyə, sahibkarlara və ərazidə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir. Filial, Bakı şəh., Xəzər r-nu, Mərdəkan qəsəbəsi, Yesenin küç., 334 ünvanda yerləşir. Telefon: (+994 12) 454 06 45. 

Filial şəbəkəsinin inkişafı Xalq Bankın inkişaf strategiyasının əsasını təşkil edən istiqamətlərdən biridir. Hazırda Bankın iyirmisi regionlarda olmaqla otuz filialı fəaliyyət göstərir.  Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!