“Hansısa deputatın "Ev almış jurnalistlər xaricdəki söyüş müxalifətinə cavab versinlər"-deməsi, Prezidentin xalqımız və cəmiyyətimiz qarşısındakı möhtəşəm xidmətinə kölgə salmaqdır. Həmin ifadəni eşidən bədxahlarımız, lap elə orduxanlar deyə bilərlər ki, jurnalistlərə mənzil veriləndə onların qarşısında hansısa öhdəlik qoyulub”.
“Yeni Sabah” xəbər verir ki, bunu “Xalq qəzeti”nin əməkdaşı İttifaq Mirzəbəyli deyib. Jurnalist ardınca qeyd edib:
“Əvvəla, mən əlimi "Qurana" basıb and içə bilərəm ki, ev alarkən heç bir öhdəlik götürməmişəm və mənə belə bir təklif edən də olmayıb. Elə bir təklif eşitsəydim, həmin adamın cavabını verməyə sözüm və haqqım da var. Çünki 93-cü ilin yayından etibarən dövlətə təmənna ummadan xidmət edən 15-20 adam varsa, onların biri də mən olmuşam. Dominos pizza
İkinci, mənzil alan 410-415 jurnalistin təxminən 90 - 100 nəfəri müxalifət düşərgəsini təmsil edir və mən dəfələrlə dövlətin bu addımını alqılayan sətirlər qələmə almışam. Çünki İlham Əliyev təkcə iqtidar mənsublarının deyil, ölkənin bütün sakinlərinin prezidentidir və müxalifət mətbuatında çalışan həmkarlarımızın peşəkarlığını və ehtiyacını nəzərə alaraq onlara mənzil verilməsi ölkədəki ədalətin təzahürüdür. İndi kim deyə bilər ki, həmin müxalifətçilər mənzil alanda hansısa öhdəlik götürüblər? Heç kəs deyə bilməz və müxalifətçi jurnalistin boynuna ilan salsan belə, həmin öhdəliyi götürməz.
Üçüncü, kimsə mikrofon qarşısında danışarkən səhvi səhv dalınca buraxır deyə, dili söz, əli qələm tutan jurnalistləri qabağa vermək istəyi başadüşüləndir. Amma bu nə qədər davam edə bilər və nə üçün davam etməlidir? Ölkədə demokratik cəmiyyət formalaşdırılıb, hamının hüquqları qorunur və hər kəsin üzərinə düşən vəzifələr məlumdur. Başqalarını bilmirəm, mən öz vəzifəmin nədən ibarət olduğunu barmaqlarımın sayını bildiyim kimi aydın şəkildə bilirəm və yüksək səviyyədə yerinə yetirirəm. Hamıya uğurlar”.
Telegram kanalımız