Xalq Şairi: “Qocalmaq mənasız şeydir”

saytların hazırlanması

Evə çatdırılma

Xalq Şairi: “Qocalmaq mənasız şeydir”

Sosial

18 Fevral 2019 20:54 942


"Şərəf" ordenli Xalq şairi, dramaturq Nəriman Həsənzadə  bu gün ömrünün 88-ci baharına qədəm qoydu.

“Yeni Sabah”  Xalq şairindən bu günlə bağlı təəssüratlarını öyrənib. Nəriman Həsənzadə bildirib ki, doğum gününü sadə keçirir:

“Hər gün olduğu kimi dərsimə getdim. Yenə öz  işimlə-gücümlə məşğul oluram. Bilirsiniz, yaşın artması, qocalmaq mənasız şeylərdir. Nazim Hikmət deyirdi ki, insan hər yaşda gəncdir. Yəni hər yaşda yaradıcılıqla məşğulsansa, sənin belə şeyləri fikirləşməyə vaxtın olmur. Rəhmətlik Bəxtiyar müəllim  “hansı yaşa çatıram, görürəm həmin şeydi, heç bir fərqi yoxdu” deyirdi. Ancaq fərqi var. Əlbəttə yaş artdıqca, insan bunu hiss edir. Amma onu deyə bilərəm ki, ömrümdən razıyam”. Pepperoni pizza

Qeyd edək ki, Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!