Xalq yazıçısı: Niyə ingilis dilindən alınan söz və ifadələri işlətməliyik?!

saytların hazırlanması

Evə çatdırılma

Xalq yazıçısı: Niyə ingilis dilindən alınan söz və ifadələri işlətməliyik?!

Mədəniyyət

21 Noyabr 2025 13:03 809


“Çox işlənən bir ifadə var: “Mən sənə SMS göndərdim”. Halbuki bunun Azərbaycan dilində qarşılığı mövcuddur: “Mən sənə məlumat göndərdim”, “Mən sənə xəbər göndərdim”. Bəs niyə mütləq xaricdən gətirilən, əsasən də ingilis dilindən alınan söz və ifadələri işlətməliyik?!”

"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Xalq yazıçısı Natiq Rəsulzadə bildirib.

Onun fikrincə, bu cür nümunələr kifayət qədər çoxdur. Küçədə gəzərkən, insanlar arasında olanda tez-tez dilimizə yad, dilin daxili qanunlarına uyğun gəlməyən sözlərin gündəlik danışıqda işləndiyinin şahidi oluruq. Təbii ki, bunun da qarşısını almaq lazımdır: pizza sifarişi

“Biz yazıçılar, dilçi alimlər, ədəbiyyatçılar bu prosesə biganə qalmamalı, onun qarşısını almağa çalışmalıyıq. Amma yenə də vurğulayıram: hər bir dil, o cümlədən bizim doğma Azərbaycan dilimiz – canlı orqanizmdir. Bəzən elə sözlər olur ki, dil onları qəbul edir və həmin sözlər dildə qalır. Çünki heç bir dil yalnız öz daxilin imkanları hesabına zənginləşmir. Məsələn, türk dilinə fikir verin: orada nə qədər alman, ingilis, fransız sözləri var. Amma bu sözlər artıq həmin dilin tərkibinə daxil olub və orada sabitləşib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!