“Xalqı aldadırlar” –   Aysel Əlizadə 

saytların hazırlanması

Evə çatdırılma

“Xalqı aldadırlar” – Aysel Əlizadə 

Yazar

08 İyun 2019 22:31 1655


“Azərbaycan televiziyalarında yayımlanan xeyriyyəçilik verilişlərində yığılan pullar kimlərinsə cibinə gedir. Xalqı aldadırlar. Orada heç bir xeyriyyəçilikdən söhbət gedə bilməz”.

“Yeni Sabah” xəbər verir ki, bu ağır ittihamla xanım yazıçı Aysel Əlizadə çıxış edib. 18 yaşından televiziyalarda işlədiyini, buna görə də mətbəxi dəqiq bildiyini deyən yazar, xeyriyyəçilik adıyla dələduzluq edildiyini iddia edib: “Mən dəqiq araşdırma apardım. Məlum oldu ki, öyrədilmiş “xəstə”, “imkansız” adamları efirə çıxarıb, onların adına pullar yığırlar. O pullar hara gedir, bilinmir”.

A.Əlizadə əlavə edib ki, bu işlə mütəşəkkil dəstə məşğul olur: “Böyük bir şəbəkədirlər. İnsanları efirə çıxarıb, kimlərinsə hissi ilə oynayırlar. Onların pullarını mənimsəyirlər. Ortada böyük pullar qazanılır. Buna görə, televiziyalar həmin layihələrə efir verir. Yoxsa kiminsə xəstə, əlacsız olması, bu xalqın dərdləri onların vecinə də deyil”. pizza mizza

BakuPost

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!