“Xameneinin 37 illik hakimiyyətinə son qoyulmalıdır” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“Xameneinin 37 illik hakimiyyətinə son qoyulmalıdır” - Tramp

Siyasət

17 Yanvar 2026 23:58 721


“İranda yeni rəhbərlik axtarmağın vaxtıdır və Ayətullah Əli Xameneinin 37 illik hakimiyyətinə son qoyulmalıdır”.

"Yeni Sabah" xəbər verir ki, bunu “Politico”ya açıqlaması zamanı ABŞ prezidenti Donald Tramp deyib.

Son üç həftədə ölkə üzrə minlərlə etirazçının öldürüldüyünü deyən Tramp, buna görə də ölkə rəhbərliyini hərbi müdaxilə ilə hədələdiyini xatırladıb. O, əvvəlcə iranlıları etirazları davam etdirməyə çağırsa da, daha sonra qətllərin dayandırıldığı barədə məlumat aldığını bildirib. Toyuqlu pizza

Tramp, İranın ali lideri Əli Xameneinin 800-dən çox insanın edam edilməməsi ilə bağlı verdiyi qərarı “ən yaxşı qərar” adlandırıb.

Tramp onu da bildirib ki, rəsmi Tehran ölkəni zorakılıq və repressiya ilə idarə edir, ölkəni məhv edir və minlərlə insanın öldürülməsinə səbəb olur. O vurğulayıb ki, liderlik qorxu və ölümlə yox, hörmətlə olmalıdır.

“Bu adam xəstədir. O ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi insanların yaşaması üçün dünyanın ən pis yeridir. Çünki liderlik zəifdir”, - Tramp əlavə edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!