Xameneinin Ərdoğanı qarşılaması niyə tənqid olunur?

saytların hazırlanması

Evə çatdırılma

Xameneinin Ərdoğanı qarşılaması niyə tənqid olunur?

Siyasət

19 İyul 2022 19:22 1738


Hazırda Tehranda səfərdə olan Türkiyə Prezidenti, dünyanın ən böyük və xarizmatik liderlərindən olan Rəcəb Tayyib Ərdoğanın İran Ali dini lideri Əli Xamenei ilə göründən yayılan foto müzakirələrə yol açıb.

Axar.az xəbər verir ki, Xameneinin Ərdoğanla arasında xüsusi məsafə olduğu, eyni zamanda görüş yerində Türkiyə bayrağının olmaması tənqid edilib. Müqayisə üçün isə Ermənistan Baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı Xamenei ilə görüşündən çəkilmiş foto göstərilib.

Xüsusi olaraq vurğulayaq ki, Paşinyanın sözügedən fotosu 2019-cu ilə - pandemiyadan əvvələ aiddir. 2017-ci ildə Azərbaycan lideri, 2018-ci ildə isə Türkiyə lideri ilə Xameneinin görüşü də eyni görüntüdədir (fotolar əlavə edilir). Pepperoni pizza

Pandemiyadan sonra – 2022-ci ildə Xameneinin görüşlərinin formatında dəyişiklik edilib. Belə ki, 2022-ci ilin 8 mayında Suriya lideri Bəşər Əsəd, 20 iyunda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə də eyni formatda görüş olub.

İranın Ali dini liderinin statusu fərqlidir və İranın protokol qaydalarına görə, onunla görüşdə digər ölkələrin bayrağından istifadə edilmir, daha çox, “dini liderlik” təəssüratının yaradılmasına çalışılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!