Xameneinin nümayəndəsi Azərbaycan və Türkiyəni hədələdi: “Əfqanıstanın taleyini yaşayacaqlar”

saytların hazırlanması

Evə çatdırılma

Xameneinin nümayəndəsi Azərbaycan və Türkiyəni hədələdi: “Əfqanıstanın taleyini yaşayacaqlar”

Siyasət

07 Oktyabr 2021 17:09 11269


İranın ali rəhbərinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib.  "Azad İran" Telegram kanalında bu  barədə məlumat yer alıb. 

İranın hərbi gücünün yüksək olduğunu iddia edən ali rəhbərin Həmədan əyalətinin “Ənsar əl-Hüseyn” korpusundakı nümayəndəsi Hüseyn Əliyi deyib ki, İsrail Amerikanın bölgədəki məğlubiyyətindən sonra onun yerinə doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır. İran isə buna imkan verməyəcək. 

Xameneinin nümayəndəsi İran rəsmilərinin ənənəvi çıxışlarını təkrar edərək, ölkənin şimal-qərbində sərhədlərin dəyişdirilməsinə yol verilməyəcəyini deyib:  Sezar pizza

“Türkiyə və Azərbaycan bilməlidir ki, Qərb ölkələrinə inanıb onların bölgədə yerləşmələrinə şərait yaratsalar, Əfqanıstanın taleyini yaşayacaqlar”. 

Hüseyn Əliyi Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib:  “Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”. 

Hüseyn Əliyi düşmənlərin İranın şimal-qərb sərhədləri və Qafqaz bölgəsində sionizmin dirçəlişinə çalışdıqlarını iddia edib, onların buna nail ola bilməyəcəklərini vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!