İranın ali dini lideri Ayətullah Əli Xamnəi ABŞ-la birbaşa hərbi münaqişədən çəkinməyi əmr edib.
Yenisabah.az “The New York Times”a istinadla xəbər verir ki, bu barədə ABŞ nəşrinin mənbələri danışıb.
Onların sözlərinə görə, bu həftənin əvvəlində İranın Ali Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib. Toyuqlu pizza
Suriya-İordaniya sərhədindəki Tanf bölgəsində PUA hücumu nəticəsində 3 amerikalı hərbçinin ölümündən sonra Vaşinqtonun İrana və ya onun tərəfdarlarına zərbə endirəcəyi təqdirdə Tehranın görməli olacağı tədbirlər müzakirə edilib.
Ayətullah Xamnəi görüşün nəticələri barədə məlumat alanda o, açıq-aşkar göstərişlər verib: ABŞ-la birbaşa müharibədən yayınmaq və İranı amerikalıların ölümündə əli olan qrupların hərəkətlərindən uzaqlaşdırmaq.
Eyni zamanda, İslam Respublikasının ruhani lideri ABŞ-ın İrana hücum edəcəyi təqdirdə cavab zərbəsinə hazırlaşmağı əmr edib.
Telegram kanalımız