İran İslam Respublikasının lideri Ayətullah Əli Xamnəi Kirman şəhərində baş verən partlayışlardan sonra ABŞ-la birbaşa qarşıdurmadan yayınmağa çağırış edib.
Yenisabah.az The New York Times-a istinadla xəbər verir ki, bu barədə məlumatlı mənbələr danışıb.
Onların sözlərinə görə, Ayətullah Xamnəi hərbi komandirləri “strateji səbir” göstərməyə və nəyin bahasına olursa-olsun İranı ABŞ-la birbaşa hərbi qarşıdurmaya cəlb etməkdən çəkinməyə çağırıb. Dominos pizza
Mənbələr bildirib ki, o, hərbçilərə cavab tədbirlərini İsrailə qarşı gizli əməliyyatlar və ya "proxy" qrupların ABŞ-ın Suriya və İraqdakı bazalarına hücumları ilə məhdudlaşdırmağı əmr edib.
Xamnəi Suriyada bir iranlı komandirin, Beyrutda HƏMAS rəsmisinin bu yaxınlarda öldürülməsini və Kirmandakı hücumları “Qəzzadakı müharibə ilə bağlı beynəlxalq qəzəbdən diqqəti yayındırmaq məqsədi daşıyan koordinasiyalı İsrail kampaniyası” kimi qiymətləndirir.
Telegram kanalımız