Xankəndi heç vaxt bugünkü qədər bizim olmayıb 

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi heç vaxt bugünkü qədər bizim olmayıb 

Maraqlı

08 Noyabr 2023 19:08 513


Azərbaycanın yeni tarixində, yəni son 100-150 ilinə nəzər salanda qəddimizi düzəldən, millət olaraq qürur verən, xalq olaraq bizi “kodlaşdıran” 3 önəmli hadisəni göstərmək olar. 

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

“ADR-in elanı – müasir respublika ənənələri yaratmaqla yaddaşımız, siyasi “genlərimiz” üçün yaxşı “vaksin” rolunu oynadı. Dövlət müstəqilliyimizin bərpası – bu addım dünyada millətlər arasında yer tutmağımıza səbəb oldu, müstəqilliyin nə qədər böyük nemət olduğunu sübut etdi. 44 günlük Vətən savaşı və ərazi bötövlüyümüzün, suverenliyimizin bərpası – qəddimizi düzəltdi, qürurumuzu yerinə qaytardı və ən önəmlisi, qalib xalq kimi rifah dövlətinin qurulmasını şəhidlər, qazilər qarşısında boynumuzun borcu, əsas vəzifəmiz olduğunu göstərdi.  Sezar pizza

Xankəndi və Qarabağ heç vaxt bugünkü qədər Azərbaycanın olmamışdı – bu qüruru bizə bəxş edən Əsgərimizə, Ordumuza, Xalqımıza, Ali Baş Komandana təşəkkürlər! Bayramımız mübarək!” - Cəfərli bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!