Xankəndi məktəbi 34 illik köçkünlükdən sonra əvvəlki binasına qayıdır - Video

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi məktəbi 34 illik köçkünlükdən sonra əvvəlki binasına qayıdır - Video

Maraqlı

19 Oktyabr 2023 01:03 798


Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Dövlət Bayrağını ucaltmasından sonra vaxtilə bu şəhərdən məcburi köçkün düşmüş əhali doğma torpaqlarına qayıtmağa hazırlaşır. 

Hazırda Bakının Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Xankəndi şəhər 4 nömrəli məktəb də 34 illik köçkün həyatından sonra yenidən öz əvvəlki binasına qayıdacaq.

Təhsil TV sözügedən məktəblə bağlı süjet hazırlayıb. Süjetdə qeyd olunur ki, bu təhsil müəsisəsi 1945-ci ildə fəaliyyətə başlayıb. Lakin 1988-ci ildən 700 şagirdin təhsil aldığı, 60-dan çox müəllimin çalışdığı məktəb bağlanmaq məcburiyyətində qalıb. 25 illlik fasilədən sonra, 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində məktəbin fəaliyyəti bərpa edilib. Dördpendirli pizza

Həmin videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!