Xankəndi paradı mesaj idi: Növbəti hədəf açıqlandı...

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi paradı mesaj idi: Növbəti hədəf açıqlandı...

Siyasət

09 Noyabr 2023 19:44 8224


Müasir Azərbaycan tarixində elə bir möhtəşəm hadisə baş verdi ki, bu, indiki və gələcək nəsillər üçün əminlik, güvənlik yaradır. Bir vaxtlar Azərbaycanın mövqeyini ciddi qəbul etmək istəməyən yaxın və uzaq qonşular, dövlətlər ölkəmizin hansı gücə sahib olduğunu gördülər. Bu sözsüz ki, hər bir azərbaycanlı üçün qürurlu anlardır.

Yenisabah.az xəbər verir ki, bunu hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, xalq olaraq tək bu uğurlar və indiki nailiyyətlərlə kifayətlənmək olmaz: Marqarita pizza

“Sabahımızı, Azərbaycanın gələcəyini düşünərək addım atmalıyıq. Çünki son yüz illiklərdə Azərbaycan bölgədə və qlobal miqyasda hansı izi qoyduğunu unutmamalıyıq. Bizim qarşımızda daha böyük hədəflər var. Amma buna baxmayaraq olacaq bütün təhdidlərə qarşı birliyimizi, gücümüzü daha da möhkəmləndirməliyik”.

Polkovnik hesab edir ki, Azərbaycana qarşı yuxarıdan baxmaq istəyənlər son üç ilin tarixini yaxşı dərk etməlidir:

“Xankəndidəki möhtəşəm Ali Baş Komandanın çıxışı, verilən mesajlar, qalib Ordumuzun keçidi hər birimiz üçün qürurlu olmaqla yanaşı digərləri üçün xəbərdarlıqdır. I Qarabağ müharibəsinin iştirakçısı olaraq bu günü görmək xoşbəxtlikdir. Bu tarixi qələbə I Qarabağ müharibəsi döyüşçülərinin övladlarına qismət oldu”.

Üzeyir Cəfərova görə, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olması tarixi hadisədir:

“Buna dar çərçivədən baxmaq olmaz. Təbii ki, bundan sonra da Azərbaycanı istəməyən qüvvələr, dövlətlər sakit dayanmayacaq. Ona görə də, dövlətimizin, xalqımızın etibarlı müdafiəsi üçün bütün zəruri işləri bundan sonra da davam etdirməliyik”./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vuqar Mammadov
    Tamamilə doğrudur!????
    3 years ago