Xankəndi və Kəlbəcərdə xeyli silah-sursat aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi və Kəlbəcərdə xeyli silah-sursat aşkarlandı

Kriminal

08 İyun 2024 10:23 430


Xankəndi və Kəlbəcər ərazisində xeyli silah-sursat tapılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, son həftədə polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 15 avtomat silahı, 3 pulemyot, 2 tapança, 10 tüfəng, 16 qumbara, 3 qumbara atan, 1 mina atan, 20 alışdırıcı, 2 trotil, 90 patron darağı, 2505 ədəd müxtəlif çaplı patron, 10 ədəd süngü-bıçaq, 1 gecəgörmə cihazı və digər sursatlar, habelə Kəlbəcər rayonu ərazisindən isə 1 ədəd qumbara, 2 alışdırıcı, 1 ədəd patron darağı, 1 süngü-bıçaq və 2 rabitə vasitəsi aşkar olunaraq götürülüb.

Bundan başqa, Xocalı şəhəri ərazisində yabanı halda bitmiş, 237 kiloqram çəkidə 423 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!