Gəlin, bir neçə gün əvvələ ekskursiya edək: Dekabrın 3-də azərbaycanlı ekoloqlar Xankəndidə monitorinq apardı. Düzdür, bir az çətin oldu; ermənilər şıllaq atdı, ruslar aranı qatdı, amma Azərbaycan dövləti geri addım atmadı. Nəticədə təbii ehtiyatların qanunsuz istismarını araşdıran monitorinq qrupu Xankəndidə oldu, ermənilərin yalan və talanını yerində ifşa etdi.
Aradan 4 gün keçəndən sonra ekoloqlarımız Xocalıya üz tutdu. Ənənəvi təxribat bu dəfə də təkrarlandı. Amma bir qədər fərqli formada. Volkov-Vardanyan cütlüyü mübahisəyə bir qrup erməni dığasını da cəlb etdi. Sən demə, özgəsinin torpağında yaşayan bu vələdüzzinalar azərbaycanlıları Xocalıda görmək istəmirlər. Erməni-rus təxribatı nəticəsiz qalmadı. Azərbaycan soyuqqanlı davranaraq, monitorinqin vaxtını dəyişdi. Elə həmin gündən də Qarabağda əsən küləyin səmti dəyişdi...
Artıq 3 gündür ki, azərbaycanlı QHT nümayəndələri, jurnalistlər, aktivistlər Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirir. Aksiya iştirakçıları sülhməramlı kontingentin komandanı Andrey Volkovun əraziyə gəlib hesab verməsini tələb edirlər. Amma Volkov soyadının doğma dilində verdiyi mənaya zidd davranır, üzə çıxmaq əvəzinə qaçıb gizlənir. Aksiya isə davam edir. Şuşanın insanın iliyinə işləyən şaxtası, sazağı insanları qorxutmur. Hamı ayaq üstdədir. Hamı bir ağızdan "Qarabağ Azərbaycandır!" deyə hayqırır. Bu hayqırtı təkcə Volkovun, onun biznes ortağı olan Vardanyan-Arutyunyan cütlüyünün qulağına çatmayıb. Bu hayqırtı artıq uzaq Fransada, yaşı qədim olsa da, biz azərbaycalılıara münasibətdə özünü uşaq kimi aparan Avropada da duyulmağa başalyıb... Sezar pizza
Aksiyada iştirak edən həmkarlarım danışır: Onlar nə qədər cəhd etsələr də, rus sülhməramlıları ilə ünsiyyətə girə bilmirlər. Hətta zarafatla deyirlər ki, sülhməramlıların dilini pişik yeyib, buna görə danışa bilmirlər.
Danışıb nə deyəcəkələr? Onların danışmağa haqqı varmı? Yox! Onlar bu haqqı sınıq-salxaq avtobuslarla Xankəndiyə erməni daşıyanda itiriblər. Onlar bu haqqı soyuq qış gecələrində Xankəndidə Haykanuşun isti yatağına girəndə itiriblər. Onlar bu haqqı Xocalıya getmək istəyən azərbaycanlıları geri qaytarıb dələduz erməni ruhanilərini Qarabağdakı xristian məbədlərinə aparanda itiriblər. Bircə qalır özlərinin "itməyi". Yəni, Qarabağdan getməyi.
Məncə, buna da çox qalmayıb...
Seymur VERDİZADƏ
Telegram kanalımız