Xankəndidə 23 nəfər işlə təmin olundu 

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə 23 nəfər işlə təmin olundu 

Sosial

30 Yanvar 2024 14:42 577


Anti-terror əməliyyatı nəticəsində işğaldan azad olunmuş, o cümlədən Xankəndi şəhərində sahibkarlığın inkişafı ilə bağlı biz sahibkarlıq subyektlərinə müraciət etmişdik. 

Yenisabah.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında xidmət rəsi Mətin Eynullayev deyib. 

O bildirib ki, bu günə qədər ümumilikdə 107 mülki və fiziki şəxsin müraciəti daxil olub.  Sezar pizza

"Biz sahələri 3 əsas istiqamətə şərti olaraq bölmüşük. Birinci istiqamət - həyat təminedici sahələrdi: ticarət, ictimai-iaşə, məişət xidməti, yanacaq doldurma və s. Bu istiqamətdə iki yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb. 

Mobil-operator ve çörək bişirmə sexi artıq Xankəndi şəhərində fəaliyyətə başlayıb. Həmin obyektlərdə 23 nəfər işlə təmin olunub. Onlardan 5-i (22%-i) məcburi köçkünlərdir", - o deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!