Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs edildi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs edildi - VİDEO

Kriminal

22 Yanvar 2026 10:02 390


Xankəndidə ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, Xankəndi şəhərində fərdi əməklə məşğul olan 40 yaşlı Elnur Süleymanov şəhər ərazisində idarə etdiyi “Chevrolet Camara” markalı avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib.

E.Süleymanov barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla, 15 sutka həbs edilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!