Xankəndidə böyük qorxu: Sülhməramlıların komandanı Bakıdan əliboş qayıdıb

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə böyük qorxu: Sülhməramlıların komandanı Bakıdan əliboş qayıdıb

Siyasət

07 May 2023 20:43 4746


Rusiya sülhməramlı kontingentinin komandanı, general-polkovnik Lentsovun Bakıda apardığı müzakirələr heç bir nəticə verməyib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Xankəndidəki separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyan öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, general-polkovnik A.Lentsovun rəhbərlik etdiyi Rusiya sülhməramlı kontingentinin komandanlığı bu həftə Bakıda olub və Azərbaycan tərəfi ilə vəziyyəti müzakirə edib:

“Müzakirələrin nəticələrinə əsasən, 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan şərtlərin dəyişdirilməsi və bərpası ilə bağlı razılığa gəlmək mümkün olmayıb. Ən qısa zamanda yeni görüş planlaşdırılır, onun nəticələri barədə əlavə məlumat verəcəyik”. Marqarita pizza

Xatırladaq ki, Lentsov Laçında qoyulmuş buraxılış məntəqəsi barədə müzakirə aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!