“Xankəndidə pasport verilməsi və antiterror əməliyyatı…” - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Xankəndidə pasport verilməsi və antiterror əməliyyatı…” - AÇIQLAMA

Siyasət

30 Aprel 2023 20:59 19996


Əminliklə deyirəm ki, Laçında dövlət sərhədlərimizin tam bərpa olunması bizi Ermənistanla sülhə yaxınlaşdırdı. Hazırda bizi sülhdən daha çox ərazi bütövlüyümüzün bərpası və Qarabağda dövlət suverenliyinin təmin edilməsi narahat etməlidir. Qarabağda dövlət suverenliyinin bərpa olunmasından sonra biz daha ədalətli və beynəlxalq hüquqa əsaslanan sülhə nail ola bilərik.

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin qurulması haqda Moderstor.az-a müsahibəsində deyib.

O bildirib ki, növbəti addım olaraq Ermənistandan Azərbaycana (Qarabağ iqtisadi rayonuna – red.) çəkilmiş qaz, elektrik və internet xəttini kəsib, Azərbaycanın müvafiq şəbəkələrinə birləşdirmək lazımdır: Marqarita pizza

“Qarabağda yaşayan ermənilər də digər sakinlərimiz kimi eyni qiymətə onun pulunu ödəməlidir. Laçında sərhəd-keçid məntəqəsində xüsusi otaqlar yaradılmalı və Qarabağın erməni sakinlərinə şəxsiyyət vəsiqəsi və Azərbaycan pasportlarının verilməsi təşkil olunmalıdır. Ermənilərin cəmiyyətimizə reinteqrasiyasını sürətləndirmək, onlarda daima rus əsgərinin himayəsi altında yaşayacaqlarına dair yaranmış illüziyaları aradan qaldırmaq üçün bəri başdan deyilməlidir ki, rus sülhməramlıların Azərbaycanda qalma müddəti uzadılmayacaq. Bu addımlar atılandan bir müddət sonra Xankəndidə anti-terror əməliyyatı keçirilməlidir. Yoxsa separatçı-quldur rejimin qorxusundan Qarabağın heç bir erməni sakini deməyəcək ki, mən Azərbaycanın vətəndaşlığını qəbul edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!