Ötən gün Xankəndidə qondarma rejimin sabiq “dövlət naziri” Ruben Vardanyanın Xankəndinin İntibah meydanında mitinq təşkil etməsi separatçılar arasındakı qarşıdurmanı yenidən alovlandırıb.
Belə ki, bu ilin fevralında “vəzifə”sindən qovulan Ruben Vardanyanın mitinq təşkil etməsi onu göstərir ki, o, yenidən "dirilərək" separatçılar arasındakı rıçaqları əlinə almaq istəyir. Müharibədən sonra Araik Arutyunyanın formal bir fiqur olması isə tanınmamış “DQR”in “siyasi kuluarlar”ında artıq çoxdan qəbul edilmiş bir faktdır. Lakin buna baxmayaraq, Ermənistandakı Paşinyan iqtidarı hələ də Araikə etimad göstərir və Vardanyanın ötəngünkü mitinqi barəsində hər hansı informasiya dəstəyi verməyib.
Maraqlısı isə budur ki, artıq Qarabağ separatçıları arasındakı uçurum getdikcə dərinləşir. “Müdafiə ordusu”nun keçmiş “komandan”ı Samvel Babayanın “mərkəzi hakimiyyət”ə qarşı çıxması ilə yanaşı, Qarabağda bütün siyasi gücü əlinə almaq istəyən, Nikol Paşinyanın adamı sayılan yeni “dövlət naziri” Qurgen Nersisyanın fəaliyyətləri onu göstərir ki, artıq Araikin ətrafı yavaş-yavaş ona qarşı çıxmaqdadır. Batan gəmini ən son kimin tərk edəcəyi isə müəmmalı olaraq alır. Dördpendirli pizza
Azərbaycanın aprelin 23-də Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsi qurmasından sonra Xankəndi və ətraf ərazilərdə yaşayan terrorçuların vəziyyəti ağırlaşıb. Belə bir məqamda Vardanyanın yenidən ortaya çıxaraq Qarabağdakı çirkin əməllərinə start verməsi onu göstərir ki, rusiyalı emissar Moskvadan aldığı yeni təlimatları bölgədə yerinə yetirməkdə iddialıdır. Rusların bölgədəki nüfuzunun getdikcə düşməsindən sonra Vardanyanın peyda olmasını isə təsadüfi saymaq olmaz.
Qeyd edək ki, bu yaxınlarda Ermənistanın müxalif “Hraparak” nəşri də bu məsələ ilə bağlı yazmışdı ki, fevralda “dövlət naziri” təyin olunan Qurgen Nersisyan artıq bölgədəki bütün siyasi gücü əlinə alaraq, rusların Xankəndi və ətraf ərazilərdəki nüfuzunu azaltmaqla məşğuldur. Onun Baş nazir Nikol Paşinyandan bu məsələ ilə bağlı təlimatlar aldığı da iddia edilir. Elə məhz buna görə də rusların “Vardanyan proyekti”ni yenidən canlandırması anlaşılandır. Çünki Kreml çox gözəl anlayır ki, artıq onların bölgədən çıxmasına 2 il qalıb və bu 2 ildə mütləq yeni bir qarşıdurma mühiti olmalıdır. Moskvanın “peşka”sı Vardanyanın da yenidən ortaya çıxması və sərsəm iddialar irəli sürərək, “qırmızı xətt”lərdən danışması artıq hər şeyi sübut edir.
Hazırda isə Qarabağ separatçıları arasında Araik istisna olmaqla 3 əsas fiqur arasında ölüm-dirim savaşının getdiyini deyə bilərik. Bunlar “müxalifətçi” Samvel Babayan, “dövlət naziri” Qurgen Nersisyan və onun sələfi Ruben Vardanyandır. Qarşıdurmadan kimin qalib çıxmasından asılı olmayaraq, bir reallıq var ki, bu şəxslərin hamısı Azərbaycan tərəfindən terrorçu olaraq tanınır və onlar gec-tez ərazilərimizi tərk etmək məcburiyyətində qalacaqlar.
Rafi MÜSLÜMOV
Telegram kanalımız