Xankəndidə və İrəvanda mitinq tamaşasının hədəfi

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə və İrəvanda mitinq tamaşasının hədəfi

Siyasət

06 Noyabr 2022 15:34 2751


Xankəndidəki səhnələşdirilmiş mitinq-tamaşadan sonra İrəvanda da analoji tədbir keçirildi. 

Yenisabah.az xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko ötən gün İrəvanın Fransa meydanında baş tutan mitinqlə bağlı qeyd edib.

“Məqsəd Ermənistanın Azərbaycan Qarabağına olan ərazi iddialarına “xalq dəstəyini” gücləndirmək, onları “legitimləşdirmək” və bununla da İrəvanla Bakı arasındakı sülh müqaviləsinin imzalanmasını pozmaqdır”, - o bildirib. pizza sifarişi

Xatırladaq ki, 30 oktyabrda Qarabağa göndərilən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın külli miqdarda vəsait xərcləməsi ilə Ermənistandan gətirilən ermənilərlə Xankəndidə “izdihamlı mitinq” təşkil edilmişdi.

Ötən gün isə analoji aksiya İrəvanda, Fransa meydanında gerçəkləşdirildi. Bu aksiyaya ikinci prezident Rober Köçəryanın da qatılması isə sifarişin Rusiyadan gəldiyi ehtimallarını artırır./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!