Xankəndidə xaos: Azərbaycanlılar qərar verir, ən böyük qorxu gerçəkləşir

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidə xaos: Azərbaycanlılar qərar verir, ən böyük qorxu gerçəkləşir

Siyasət

11 İyun 2023 15:21 7082


“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılmasından sonra Qarabağdakı separatçıların düşdükləri aciz durum onlar arasında gərginliyi daha da artırıb.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Məlumata görə, “müxalif” separatçılar artıq Araik Arutyunyanı kəskin ittiham etməyə başlayıblar. Onların ən böyük qorxuları isə Ermənistana gedən separatçıların qayıda bilməməsidir. pizza sifarişi

“Müxalif” Metakse Akopyan bildirib ki, “hökumət” bütün “qırmızı xətləri” keçib:

“Artıq bu gün “Laçın”da dayanan azərbaycanlı qərar verir ki, Qarabağı tərk edən erməni buraya qayıda bilər, ya yox”.

Akopyan separatçıların acizliyini bu fikirlərlə ifadə edib:

“Yaranmış vəziyyətlə əlaqədar “hökumət” insanlarla aktiv şəkildə görüşlər keçirib. Bu görüşlərdə yoldan istifadənin zərurət olması, bu yoldan başqa şans olmadığı üçün istifadə etdiklərini deyirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!