“Xankəndidən qaçanlar cəhənnəmə getsinlər” - Araik Arutyunyan

saytların hazırlanması

Evə çatdırılma

“Xankəndidən qaçanlar cəhənnəmə getsinlər” - Araik Arutyunyan

Siyasət

03 İyul 2023 19:28 2762


İyunun 29-da separatçı rejimin rəhbəri Araik Arutyunyan erməniləri "məmurlar"ın Xankəndini tərk etməsi barədə suallarını cavablandırıb.

Yenisabah.az xəbər verir ki, Araik bildirib ki, qondarma rejimin yalnız "XİN rəhbəri" İrəvandadır.

"Onun İrəvanda olması mənim qərarımdır. Amma digər "məmurların" və onların ailə üzvlərinin Qarabağı tərk etməsinin heç bir əsası yoxdur. Qarabağı tərk edən ermənilərlə bağlı ciddi qərarlar qəbul ediləcək", - separatçı bildirib. pizza

Separatçı Qarabağdakı mülklərini icarəyə verib gəlir əldə edən "məmurlar"ı tənqid edib:

"Belə insanlara qarşı çox sərt münasibətin tərəfdarıyam. Anons verirlər, qışqırırlar, qaçırlar, hamı getmək istəyir. İlk növbədə kim getmək istəyirsə, cəhənnəmə getsin, səsini aşağı salıb getsin, camaat burada yaşamaq, burada yaratmaq istəyir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!