Xanlar Vəliyevlə bağlı YENİ XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Xanlar Vəliyevlə bağlı YENİ XƏBƏR

Rəsmi

14 Aprel 2025 19:19 942


Bu gün Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin başa çatması və məhkəmənin yeni təyin edilmiş hakimi Xanlar Vəliyevin kollektivə təqdim olunması ilə bağlı tədbir keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilən Rafael Qvaladzeyə məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini təqdim edib. pizza hut

Daha sonra sədr yeni təyin olunmuş hakim Xanlar Vəliyevi kollektivə təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!