“Xaricdə təhsil alacaq gənclərin 67 faizi kişilərdir“ - Topalova

saytların hazırlanması

Evə çatdırılma

“Xaricdə təhsil alacaq gənclərin 67 faizi kişilərdir“ - Topalova

Sosial

10 Avqust 2022 11:37 938


2022-2023-cü tədris ilində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq 229 gəncin 67 faizini kişilər təşkil edir.

Yenisabah.az xəbər verir ki, bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Dövlət Proqramları çərçivəsində xaricdə təhsil mövzusunda brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qalan 33 faizini isə qadınlar təşkil edir: Dominos pizza

"Dövlət Proqramının illik hədəf göstəricisində 400 yer nəzərdə tutulub. Bunlardan 80 yer bakalavriat səviyyəsi, 320 yer isə magistratura səviyyəsi üzrədir. Bakalavriat üzrə yerlər dolduğu üçün magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinə 10-25 avqustda yenidən sənəd qəbulu elan olunub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!