Xaricdən avtomobil gətirmək istəyənlərin   NƏZƏRİNƏ - Aldadıla bilərsiniz/VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Xaricdən avtomobil gətirmək istəyənlərin NƏZƏRİNƏ - Aldadıla bilərsiniz/VİDEO

Avto

14 Mart 2023 22:52 6762


İstismar müddəti bitib, ehtiyat hissələri keyfiyyətini itirib, qiymətləri isə olduqca yüksəkdir.

Söhbət əsasən Avropa, Amerika və Cənubi Koreyadan ölkəmizə gətirilən ikinci əl avtomobillərdən gedir. Xüsusilə benzin və dizel yanacağı ilə işləyən bu nəqliyyat vasitələrinin bəziləri təbii fəlakətlərdən də zərər görüblər.

Yenisabah.az xəbər verir ki, ekspertlər bildirirlər ki, inkişaf etmiş ölkələrin sürətli elektromobillərə inteqrasiyası daxili yanma mühərrikli minik vasitələrindən tədricən imtinaya gətirib çıxarır. Nəticədə isə həmin nəqliyyat vasitələrinin digər ölkələrə satışı artmağa başlayıb. Bəzən isə xaricdən gətirilən ikinci əl nəqliyyat vasitələri hətta təmirə yararsız olurlar.  pizza hut

Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, bu daha çox buraxılış tarixi 8 il əvvələ aid və daha köhnə avtomobillərdə müşahidə edilir.

"Almaniyadan gələn avtomobillərin 80%-i texniki baxışdan keçməyən avtomobillər Azərbaycana gəlir. Bunu alt hissələrinin həddən artıq paslanmalar, çürümələr olduğu üçün bu avtomobillər istismara yararsızdır. Belə desək, yollarda sürülə bilməz. Amerikadan da gələn avtomobillərin 90%,99%-i,  hətta orada sığortadan alınmış avtomobillərdir. Vurulur avtomobillər belə desək onlar sığortaya geri ödəyirlər. Azərbaycan bazarına da hərrac yolu ilə alıb, gətirib satılan avtomobillərdir".

Ustanın sözlərinə görə texniki cəhətdən saz olmayan, həmçinin ağır qəza keçirmiş belə nəqliyyat vasitələri təhlükəsizlik sarıdan da ehtibarlı sayılmır.

"Təhlükəlidir, nəyə görə? Allah etməsin qəza anında bu avtomobil çürükdürsə, paslıdırsa deməli bunda zədə daha çox olacaq. Baxırsan ki, avtomobili yığıblar, bazara gətiriblər müştəri almaq İstəyir. Belə baxırsan üzdən qəşəng görünür, qaldırıcı ilə qaldırır ki, alt işlək hissəsi yox kimi bir şeydir. Vurulub bu avtomobil, çəkiclənib düzəlibdir. Qurğu yerinə qoyulub amma altında heç stent yoxdur, hava yastıqları Allah eləməsin siz avtomobili alırsınız xəbəriniz yoxdursa, bir qəza törədərsinizsə, bunun fəsadları çox böyük olar".

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də deyir ki, inkişaf etmiş ölkələr atmosferə zərər vuran avtomobillər satmaqda maraqlıdırlar. Bunu üçün həmin dövlətlər tərəfindən xüsusi proqramlar da hazırlanır.

"Biz hazırda indi istifadə olunan avtomobillərin istehsal ilinin köhnə olanları hətta 40-50 il bundan öncə istehsal olunmuş nəqliyyat vasitələrinə rast gəlirik. Onların dövriyyədən çıxarılmasının yollarını araşdırır mütəxəssislər, dövlət qurumları. Rüsumum daha da artırılması və müəyyən ildən yuxarı nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ümumiyyətlə qadağa qoyulmalıdır". 

Ekspert bildirir ki, hazırda buraxılış ili köhnə olan nəqliyyat vasitələrinin idxal rüsum daha çoxdur. Ancaq qaydaları bir qadar də sərtləşdirilməsinə ehtiyac var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!