Xaricdən avtomobil gətirmək istəyənlərin NƏZƏRİNƏ: Çox sayda vətəndaş dələduzluqla üzləşdi

saytların hazırlanması

Evə çatdırılma

Xaricdən avtomobil gətirmək istəyənlərin NƏZƏRİNƏ: Çox sayda vətəndaş dələduzluqla üzləşdi

Sosial

04 Aprel 2025 00:20 797


Xaricdən ucuz və sərfəli avtomobil gətirmək adı ilə "TikTok" və "Instagram" sosial şəbəkəsi üzərindən 30-dan çox vətəndaş aldadılıb.

Yenisabah.az Xəzər TV-yə istinadən məlumat verir ki, "Kharabag International Trade" adlı avtomobil şirkəti onların 140 min manata yaxın məbləğdə pullarını mənimsəyib. Belə bir iddia ilə çıxış edən vətəndaşların sözlərinə görə, sənədlərdə adları keçən 3 tanış, şirkətin rəhbəri Nahid Aslansoy, işçilər Mərdan Məmmədəlizadə və Sənan Eminovun dələduzluğu ilə üzləşiblər.

Aldadılan şəxslərin bəziləri artıq hüquq-mühafizə orqanlarına müraciət edib, bəziləri isə hələ də problemin özbaşına həll olunmasını gözləyir. Adı dələduzluq faktında hallanan şəxslərdən biri, Sənan Eminov deyib ki, şikayətçiləri şirkətin rəhbərliyi aldadıb. Marqarita pizza

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli isə bildirib ki, vətəndaşların hüquqlarının qorunması və pullarının geri qaytarılması istiqamətində hüquqi prosedurlar davam edir.

O da qeyd edilib ki, vətəndaşlar diqqətli olmalı və sərfəli kimi görünən təkliflərə aldanmamalıdırlar.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!