“Xaricdən gələn adamlar Azərbaycan siyasətindən kənarlaşdırılmalıdır”   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Xaricdən gələn adamlar Azərbaycan siyasətindən kənarlaşdırılmalıdır” - Deputat

Siyasət

09 Sentyabr 2022 10:38 1976


Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadənin “Yeni Sabah”a müsahibəsi:

- “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə tanışsınız. Bildiyiniz kimi, bu təşəbbüs parlamentdəki partiyalardan gəlib. Təklif olunan yeniliklərdən tam razısınız? Düzgün bildiyiniz və bilmədiyiniz nələrdir?

- Mənə elə gəlir ki, bu qanunun ictimai müzakirəsinə hələ ehtiyac var. Bununla yanaşı, siyasi partiyalarda, eləcə də parlamentin müvafiq komitələrində müzakirələr davam etdiriləcək və qanunda olan hər bir düzəliş ciddi müzakirə mövzusu olacaq. Bundan sonra qanun qəbul olunması üçün komitəyə və parlamentə təqdim olunacaq. Pepperoni pizza

Hazırda layihə üzərində iş gedir, fərqli təkliflər verilir, bu təkliflərin bir çoxu ölkədə çoxpartiyalı sistemin güclənməsinə və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə xidmət edir. Digər bəndlərin hamısı da müzakirə ediləcək və hər şey müəyyənləşəcək.

- Yeni düzəliş tələb edir ki, siyasi partiyaların ən azı 10 min üzvü olsun. Azərbaycanda da 50-dən çox siyasi partiya var. Sizcə, onlardan neçəsinin 10 min üzvü var?

- Hesab edirəm ki, bu mövzu da müzakirə edilməsi vacib olan məsələlərdən biridir. Hazırda qanunun tələbi min nəfərdir, bu da ölkədə 50-dən artıq partiyanın mövcudluğuna gətirib çıxarıb. Bəlkə elə bir proses getməlidir ki, məsələn, təmərküzləşmə prosesi, yaxud partiyaların böyüməyinə xidmət edən hər hansı proses getsin. Lakin qanun necə qəbul ediləcək, onu zaman göstərəcək.

- Düzəlişlərdə, həmçinin, o da mövcuddur ki, siyasi partiya hökmən prezident, bələdiyyə və parlament seçkilərində iştirak etsin...

- Düşünürəm ki, bu, çox düzgün yanaşmadır. Əslində, siyasi partiyaların əsas işi məhz seçki prosesində iştirakdan ibarətdir. Seçkilərdə iştirak etməyən partiyaların çoxu siyasi deyil, digər üsullarla mübarizə aparmağa üstünlük verir. 

- Əminsiniz ki, həmin partiyalar, məsələn, parlament seçkilərinə kifayət qədər namizədlə qatıla biləcək?

- Söhbət miqdardan yox, prosesdən gedir. Seçki təcrübəsi hər bir partiya üçün çox önəmlidir.

- Yeni qanun layihəsində ən mübahisəli müddəa partiya yaratmaq istəyən şəxsin ən azı 20 il Azərbaycanda yaşamasıdır. Prezident seçkilərində namizəddən tələb olunan müddət 10 ildir?

- Bu da müzakirə edilməli bir məsələdir. Fikrimcə, mahiyyət ondan ibarətdir ki, Azərbaycandan uzun müddətdir ayrılmış və hansısa başqa dövlətlərdə yaşayıb Azərbaycana qayıtdıqdan sonra xarici dövlətlərin təsirini Azərbaycana gətirmək istəyən siyasətçilər Azərbaycanın siyasi sistemindən xaric edilməlidir.

– Son olaraq, əgər Ədliyyə Nazirliyi yeni standartlarla partiyaları “ələkdən keçirsə”, sizcə, yerdə nə qədər partiya qalacaq? Təxminləriniz?

- Bunu deməyə çətinlik çəkirəm, çünki qanun hələ qəbul olunmayıb, müzakirə mövzusudur. Ona görə də qanun qəbul olunandan sonra bu suala cavab tapa bilərik.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!