Xaricdən gətirilən avtomobillərdən NARAZILIQ -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Xaricdən gətirilən avtomobillərdən NARAZILIQ - VİDEO

Avto

18 May 2025 10:15 2213


Xaricdən avtomobil alıb, amma kilometrajını görəndə aldadıldığı qənaətinə gəlib.

“Yeni Sabah” “Xəzər Xəbər”ə istinadla bildirir ki, şikayətçinin sözlərinə görə, Cənubi Koreyadan ona yürüşü 42 min km olan avtomobil adıyla 142 min km getmiş avtomobil gətirilib. Avtomobili təhvil alan zaman, bunu gömrükdə texniki sənədi yoxlanarkən bilib.

Yusif Novruzov ilkin olaraq şirkətə min dollar beh verib, maşın alınanda isə pulun geri qalan hissəsini ödəyib. Sezar pizza

Maşın Bakıya çatdıqda Yusif Novruzova məlumat verilib ki, gedib maşını götürsün. Şikayətçi deyir ki, elə ilk dəfə maşını görəndə şübhələnib. Avtomobilin texniki pasportu isə gömrükdə olanda ona göndərilib.

Hər şey də bundan sonra bəlli olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!