Ölkəmizdə akkreditə olmuş diplomatik üzvləri və hərbi attaşelərin Kəlbəcərə səfəri başlayıb.
Yenisabah.az APA-ya istinadən məlumat verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir.
Səfər Göygöl rayonun Toğanalı kəndində başlayıb.Bu səfərlər Vətən müharibəsindən dərhal sonra Prezidentin müvafiq tapşırığı əsasında təşkil edilir, məqsəd Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərlə diplomatların yerində tanış olmasına şərait yaratmaq və bu barədə ölkələrinə məlumat verməsidir. Sezar pizza
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri, “ Kəlbəcər-1 ” Su Elektrik Stansiyası, Yeni inşa edilən Murovdağ Tuneli, “Tunel qətliamı”nın baş verdiyi ərzi, Kəlbəcər şəhərində məsçid, Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Qədim daş heykəlləri, Şahmat məktəbinin binası və “İstisu ” sanatoriyası ilə tanış olacaqlar.
Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcər şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdən ibarətdir.
Qeyd edək ki, Kəlbəcər səfəri Azərbaycanda akkreditə olan diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə artıq sayca 9-cu səfəridir.
Səfərdə 50-dən çox ölkə və 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndələr iştirak edir.
Telegram kanalımız