Xarici ölkələrin əmtəə nişanları ilə satılan saxta alkoqollu içkilər - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xarici ölkələrin əmtəə nişanları ilə satılan saxta alkoqollu içkilər - Fotolar

Sağlamlıq

19 Avqust 2019 15:29 1477


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi ilə Vergilər Nazirliyinin 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Gəncə şəhəri, DOS 6, ev 49/3 ünvanında qanunsuz şəraitdə fəaliyyət göstərən alkoqollu içki istehsalı sexində birgə monitorinq həyata keçirib.

Agentlikdən "Yeni Sabah"a verilən məlumata görə, müəyyən edilib ki, fiziki şəxs Hüseynov Emin Zahid oğluna məxsus müəssisədə kustar üsullarla, ev şəraitində, yerli və xarici ölkələrə məxsus əmtəə nişanları adı altında saxta alkoqollu içkilər istehsal edilir.

Qanunsuz fəaliyyət göstərən sexdə, ümumilikdə, 189 ədəd satış məqsədilə qablaşdırılmış saxta içki aşkarlanıb. Bundan başqa, spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 1000-ə yaxın şüşə butulka və 400 litr həcmdə etil spirti müəyyən edilib. pizza

Baxış zamanı hazır məhsullardan nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsiliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyətinə məhdudiyyət qoyulub. Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!