Xədicə İsmayılda xərçəng aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Xədicə İsmayılda xərçəng aşkarlandı

Sağlamlıq

30 Avqust 2019 16:42 1349


Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılda tiroid(qalxanabənzər vəzi) xərçəngi aşkar olunub.

“Yeni Sabah” Correct.az saytına istinadla xəbər verir ki, bu barədə Milli Şuradakı mənbə xəbər verib. Mənbənin sözlərinə görə, jurnalist boyun nahiyəsində əllə hiss ediləcək şişkinlik hiss edib və müvafiq müayinələrdən keçib: "Müayinə zamanı məlum olub ki, Xədicə xanımda tiroid xərçəngi var”.

"Xədicə xanım qürurlu adamdır, istəmir ki, xəstəliyi barədə insanların məlumatı olsun”, – mənbə bildirib. Toyuqlu pizza

Sayt araşdırıb ki, tiroid xərçəngi nisbətinə görə, bir milyon insandan 40-da rast gəlinir. Boyun nahiyəsində tədricən böyüyən kütlə formasında inkişaf edən bu xəstəlik müəyyən müddət sonra konkret lokalizasiyaya (şişkinliyə) səbəb olur və təcili cərrahi müdaxilə tələb edir.

"Diqqətə çatdıraq ki, digər xərçəng növlərində olduğu kimi, tiroid xərçənginin də yaranmasında irsi faktor mühüm rol oynayır. Təsadüfi deyil ki, jurnalistin anası Elmira İsmayılova ötən ilin martında Türkiyənin Ankara şəhərində xərçəng xəstəliyi səbəbindən vəfat edib. Türkiyəli həkimlər onu əməliyyata alsalar da, həyatını xilas edə bilməyiblər”, – sayt yazır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!