Milli Məclisin iclasında deputat Siyavuş Novruzov Rusiya xarici işlər naziri Sergey Lavrovu tənqid edib.
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, o, XİN rəhbərini erməni yanğısı göstərməkdə ittihamlayıb: “Rusiya xarici işlər naziri danışdı, o boyda dövlətin naziri erməni yanğısı ilə fikir bildirdi. Gah deyir ki, onlar vaxtında ermənilərə təklif verdilər, bu, dəyərləndirilmədi, gah mərhələli, gah da Madrid prinsiplərindən danışır.
Lavrov dekabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan rəhbərliyi son vaxtlar statusdan çox, Qarabağdakı ermənilərin hüquqları barədə danışır. Azərbaycan tərəfi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu qeyd edib. Azərbaycan tərəfi buna hazırdır. Azərbaycan bunu müzakirə etməyə, Qarabağdakı ermənilərə Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqlarla bağlı zəmanət təqdim etməyə hazırdır. Toyuqlu pizza
O, keçmiş Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir neçə variantı da xatırladıb. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına gəlincə, Lavrov deyib ki, Rusiya Baş Qərargahında sərhədlərə dair xəritələr var. Rusiya bu xəritələri verməlidir. Xəritəniz var, verin də, niyə saxlayırsınız?
Bu xəritələrin oğurluq hadisəsi kimi gizlədilməsi nə deməkdir? Qarabağda status məsələsi yoxdur, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, status olmayacaq. Bizim hansı xəritələrlə işləyəcəyimiz bəllidir”.
Telegram kanalımız